Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Alıyev Vaqif Sərdar Oğlu
  • Doğum Tarixi: 25.05.1966
  • Şəhər: Gəncə
  • Dövr: I Qarabağ Müharibəsi
Alıyev Vaqif Sərdar oğlu 25 may 1966-cı ildə Gədəbəy rayonunun Keşişkənd kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra 1984-cü ildə ildə Perm şəhərində hərbi xidmət keçmiş, xidmət müddəti qurtardıqdan sonra da 9 ilə yaxın orada baş gizir kimi işləmişdir. Vaqif Alıyev 1990-cı ildə ailə qurmuş, bir qız övladı dünyaya gəlmişdir. O, 1992-ci ilin iyun ayında Gəncə şəhərinə gəldikdən sonra Daxili Qoşunların 5477 saylı (indiki 17072 saylı) hərbi hissəsində baş gizir rütbəsi ilə hərbi fəaliyyətini davam etdirmişdir. O, 1992-ci ilin sentyabr ayında Gəncə batalyonu adlanan 5477 saylı hərbi hissənin tərkibində Ağdərəyə yollanmış, ağır döyüş əməliyyatlarında layiqli iştirak etmişdir. Alıyev Vaqif Sərdar oğlu 29 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində döyüş əməliyyatı yerinə yetirərkən itkin düşmüşdür. Kəpəz Rayon Məhkəməsinin 2-2152001 nömrəli qətnaməsi ilə ölmüş elan edilmişdir.
Alıyev Vaqif Sərdar Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş