İmran Rzayev 1963-cü il yanvarın 26-da Gəncə şəhərində anadan olmuşdur. İstiqanlı, mehriban oğlan idi. Orta təhsilini 9 saylı orta məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Gəncədə Evtikmə Kombinatında işləmişdi. Hələ 1989-cu ildə xüsusi inşaat briqadasının tərkibində Xocalıda abadlıq işlərində fəal iştirak etmişdi.
İmran Rzayev 1993-cü il noyabrın 25-də Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Cəbhə bölgəsində gənc döyüşçünün bir çox uğurları olmuşdur. Erməni işğalçılarına qarşı hazırlanan hərbi əməliyyatlarda fəal iştirak etmişdi. Tərtər rayonunun Çaylı, Həsənqaya, Levonarx kəndləri, Ağdərənin bir neçə yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə əsil igidlik nümunəsi göstərmişdi. yüksək döyüş şücaətinə görə gizir rütbəsinə layiq görülmüşdü. İmran Rzayev bölmə komandiri kimi tabeliyindəki əsgərləri mərdliklə döyüşə səfərbər edirdi. İmran Rzayevin göstərdiyi yüksək xidmət hərbi hissə komandiri tərəfindən layiqincə qiymətləndirilib.
İmran rəhim oğlu Rzayev 1994-cü il may ayının 3-də Qırmızıkəndin müdafiəsi uğrunda gedən ağır döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmışdır. İki övladı var idi. Atasının yoxluğuna dözə bilməyən Elçin 1995-ci il fevralın 7-də dünyasını dəyişdi. Mərhumun həyat yoldaşı Sevda xanım min əzaba qatlaşaraq əziyyətlər bahasına Leylanı böyüdür.
Rzayev İmran Rəhim Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.