Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Rzayev Elmir Elman Oğlu
  • Doğum Tarixi: 06.11.1973
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Elmir Rzayev 1973-cü il noyabrın 6-da Gəncə  şəhərində anadan olmuşdur. Uşaqlıqdan idmanla məşğul olmuşdur. Dəfələrlə şəhər səviyyəli yarışlarda iştirak etmişdi. Orta təhsilini 4 nömrəli internat  məktəbində almışdır.

Elmir Rzayev 1991-ci il noyabrın 15-də Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi   xidmətə çağırılmışdır. 777 saylı hərbi hissəsinin tərkibində Naxçıvanda olmuşdur. Yüksək döyüş bacarığına malik olan Elmir daha sonra Beyləqan bölgəsində vuruşmuşdu. Uğurları çox olmuşdur. Göstərdiyi hərbi nailiyyətlərinə görə Elmir Rzayev 1993-cü il noyabrın 5-də hərbi hissə komandiri tərəfindən fəxri fərman və beş günlük məzuniyyət vərəqəsi ilə təltif olunmuşdur. İgid döyüşçü kimi tanınan kiçik çavuş Rzayev hücum zamanı hər an öndə olardı. Ona verilən hərbi tapşırıqlar vaxtlı-vaxtında və layiqincə yerinə yetirilərdi.

Elmir Elman oğlu Rzayev 1994-cü il martın 3-də Füzuli ətrafında gedən qızğın döyüşlərin  birində şəhidlik zirvəsinə ucalmışdır. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır. 
Rzayev Elmir Elman Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş