Rzayev Elmar Yaşar oğlu 1970-ci il noyabrın 28-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Elmar 1-ci sinifdən əlaçı olmuş, sonra isə komsomol katibi seçilmişdi. Dəfələrlə Rayon Komsomol Komitəsindən «Təşəkkürnamə» almışdı. Cəld, iti yerişli, çox mehriban və gülərüz idi. İdmanın boks növü ilə məşğul olurdu, dəfələrlə respublika səviyyəli turnirlərin qalibi olmuşdur. Erməni dilini mükəmməl bilirdi.
1988-ci ilin fevralında ermənilərlə başlanan ilk ziddiyyət zamanı Gəncə əhalisi İnzibati binanın qarşısında etiraz mitinqinə qalxmışdı. Elmar da bu izdihamın arasında idi. Mitinqlərin fəal iştirakçısı idi. Şəhərə yeridilən rus əsgərlərinin qabağına hamı kimi Elmar da əliyalın çıxmışdı. O, Ruzigar Qasımovun yaratdığı könüllü müdafiə dəstəsinin üzvü idi.
1988-ci il noyabr ayının 28-də Elmarın 18 yaşı tamam olacaqdı. O, noyabr ayının 17-də yaşı tamam olmasa da, hərbi komissarlığa getmiş. könüllü hərbi xidmətə getməsini xahiş etmişdir. Beləliklə, dekabrın 5-i üçün çağırış vərəqəsi göndərilmişdi. Lakin nə yaşının tamam olması, nə də hərbi xidmətə getməsi Elmara qismət olmadı. 1988-ci il noyabr ayının 22-də Gəncə əhalisi yenidən İnzibati binanın qarşısında müstəqilliyimiz və azadlığımız uğrunda aksiya keçirməyə toplaşmışdı. Elmar rus hərbçiləri tərəfindən açılmış odlu silahdan yaralanmış və aldığı xəsarətdən 1988-ci il noyabrın 28-də öz ad günündə əbədiyyətə qovuşmuşdu. Elmarın şəkli Gəncə Hərbi Komissarlığının binasında yeni hərbi çağırışçı gənclər üçün «örnək» olaraq divara vurulmuşdur. Oğlunun ölüm xəbərinə dözə bilməyən atası Yaşar müəllim də həyatdan köçmüşdür.
Rzayev Elmar Yaşar Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.