Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Rzayev Şair Həşim Oğlu
  • Doğum Tarixi: 08.02.1975
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Rzayev Şair Həşim oğlu 8 fevral 1975-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyli kəndində anadan olmuş anadan olmuş, 1982-ci ildə Əzizbəyli kənd orta məktəbinin birinci sinfinə getmiş, 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq ailəsi ilə birlikdə Azərbaycana gəlib Gəncə şəhərində məskunlaşmışlar. 9 nömrəli orta məktəbdə təhsilini davam etdirən Şair Rzayev 9-cu sinfi bitirdikdən sona Gəncə şəhəri 2 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və çilingər peşəsinə yiyələnmişdir. Şair Rzayev idmanla məşğul olmuş, 1991-ci ildə klassik güləş üzrə şəhər yarışlarında birinci yeri tutmuşdur. 30 aprel 1993-cü il tarixdə könüllü olaraq vətənin müdafiəsinə qalxmış, silaha sarılaraq cəbhəyə yollanmışdır. Şair Rzayev Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə layiqli iştirak etmiş, heç nədən qorxmadan özünü döyüşə atmışdır. O, 709 saylı hərbi hissənin tərkibində rəşadətli döyüş yolu keçmişdir. 25 avqust 1993-cü il tarixdə Rzayev Şair Həşim oğlu Füzuli rayonunun erməni işğalçılarından azad edilməsində böyük igidlik göstərsə də qızğın döyüş zamanı düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmışdır. Onun meyiti Gəncə şəhərinə gətirilmiş və 28 avqust 1993-cü il tarixdə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Rzayev Şair Həşim Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş