Siyavuş Rüstəmov 1973-cü il avqustun 11-də Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini 6 saylı orta məktəbdə almışdır. Məktəbi əla qiymətlərlə bitirən Siyavuş dəfələrlə respublika səviyyəli olimpiadaların iştirakçısı olmuşdur. 17 yaşında dəmiryol stansiyasında işləməyə başlamışdı. Siyavuş rüstəmov 1992-ci il aprelin 16-da Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Bir müddət Daxili Qoşunlarda xidmət etmişdi.
İyul ayında Siyavuşgilin alayı Ağdam şəhərinə göndərilir. Mərzili, Novruzlu, Əhmədabad, Cinli kəndlərinin müdafiəsində, Fərrux dağı uğrunda döyüşdə xüsusilə fərqlənmişdi.
Siyavuş Rüstəmov 1993-cü ilin payızında Beyləqan rayonunda vuruşmuşdu. Oktyabr ayının 21-də beş nəfər döyüşçü ilə birlikdə Füzuli rayonu Böyük Bəhmənli kəndinin yaxınlığında mühüm postun müdafiəsində dayanmışdı. Qəfildən düşmənin T-72 tankı və bir neçə əsgərinin hücumu ilə qanlı mübarizə başlandı. Düşmənin xeyli qüvvəsi və bir tankı məhv edildi. Döyüşçülərimiz həlak olsalar da, mühüm obyekt müdafiə olundu. İgid döyüşçü Rüstəmov ölümündən sonra «Azərbaycan» ordeni ilə təltif edildi. Gəncədəki küçələrdən biri unudulmaz qəhrəmanın adını daşıyır. İndi onun adını bacısı Rüstəmova Tacirə Qiyas qızının övladı yaşadır.
Rüstəmov Siyavuş Qiyas Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.