Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Rüstəmov Bəxtiyar Hüseyn Oğlu
  • Doğum Tarixi: 28.01.1967
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Rüstəmov Bəxtiyar Hüseyn oğlu 28 yanvar 1967-ci ildə Qərbi Azərbaycanın Quqah rayonunun Kilsə kəndində anadan olmuşdur, 1984-cü ildə Kilsə kənd orta məktəbini bitirmişdir. Bəxtiyar Rüstəmov orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarına çağırılmış, Ukrayna Respublikasında 2 il hərbi xidmət keçdikdən sonra yaşadığı kəndə qayıtmışdur. O, hərbi xidmətdən qayıtdıqdan sonra ailə qurmuş, Maradona Rüstəmov, Hüseyn Rüstəmov adlı iki oğlan, Əfsanə adlı isə bir qız övladları dünyaya gəlmişdir. Bəxtiyar Rüstəmov Gəncə şəhərində yerləşən Gil-Torpaq İstehsalat Birliyində qaynaqçı vəzifəsində çalışmışdır. Rüstəmov Bəxtiyar Hüseyn oğlu 07.11-1993-cü il tarixdə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən hərbiyə çağırılmış, bir neçə kəndin müdafiəsi uğrunda böyük qəhrəmanlıq göstərmişdir. O, 703 saylı hərbi hissənin tərkibində Çıldıran, Tapqaraqoyunlu, Marquşevan kəndlərinin müdafiəsində böyük qəhrəmanlıq göstərmişdir. Rüstəmov Bəxtiyar Hüseyn oğlu Ağdarə kəndi uğrunda gedən qızğın döyüşlərin birində, 28 yanvar 1994-cü ildə qəhrəmancasına həlak olmuş və Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Rüstəmov Bəxtiyar Hüseyn Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş