Əli Rəfiyev 1968-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1986-cı ilin may ayında həqiqi hərbi xidmətə çağırılmışdı. Hərbi xidmətini Əfqanıstanın paytaxtı Kabil şəhərində keçirmişdir. Böyük xidmətləri olmuşdur. Hərbi texnikanı dərindən öyrənmişdi. Savadlı hərbçi kimi əsgər yoldaşları arasında xüsusi nüfuza malik idi. Ağır döyüşlərin birində yarallanmışdı. Onun göstərdiyi sücaətə görə o vaxtkı ölkə basçısı M.S.Qorbaçov Ə. Rəfiyevi 1988-ci il 28 dekabr tarixli fərmanı ilə beynəlmiləlçi-döyüşçü fəxri fərmanı ilə təltif etmişdi. Əfqanıstanda hərbi xidmətini başa vurduqdan sonra vətənə dönmüşdü. Yenicə ailə həyatı quran Əli erməni nankorlarının törətdikləri faciələrə dözməyərək Şəmkir rayonundakı hərbi hissələrdən birinə könüllü olaraq qoşulmuşdu.
Əli çox böyük vətənpərvərliklə döyüşürdü. Laçın, Naxçivanik, Başkənd, Gədəbəy rayonunun bir neçə kəndində ən ağır döyüşlərdə iştirak etmişdi. Cəsarətinə görə ona «Pulya» ləqəbi vermişdilər.
Əli Rəfiyev 1992-ci il avqustun 13-də Gədəbəy rayonunun Novo-ivanovka kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Əli Məhəmməd oğlu Rəfiyev 1992-ci il avqustun 14-də Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Onun dəfnindən 1 gün sonra 8 aylıq körpə qızı Fəridə də bu dünyadan köçdü. Oğul və nəvə dərdinə dözə bilməyən Bağdagül ana da 6 aydan sonra dünyasını dəyişdi. Beləliklə, mənfur qonşuların nanəcibliyi ucbatından bir azərbaycanlı ailəsinə dərd dərd üstünə gəldi.
Rəfiyev Əli Məhəmməd Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.