Rasim pəncəliyev 1974-cü il iyulun 10-da Gəncə şəhərində anadan olmuşdur. Məhəmməd Hadi adına 10 saylı orta məktəbi bitirmişdir. Çox savadlı və zirək bir gənc idi. Uşaq ikən idmanla məşğul olurdu. Uşaqlıqdan cəbhəyə can atan Rasimin erməniləri görməyə gözü yox idi.
Rasim Pəncəliyev 1993-cü il avqustun 5-də Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 181 saylı hərbi hissədə xidmət etmişdi. İşgüzarlığı, igidliyi, qorxmazlığı ilə fərqlənirdi. Döyüş tapşırığını uğurla yerinə yetirdiyinə görə dəfələrlə komandanlığın təşəkkürünü almışdır. Həmişə, hər yerdə əsgərlərə nümunə göstərilən kiçik çavuş Pəncəliyev döyüşdə hər an öndə olardı. Bir neçə kəndin müdafiəsində igidlik göstərmişdi. Beyləqan rayonunun Xaçın kəndi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə hərbi hissə komandirinin fəxri fərmanına layiq görülmüşdü. Rasim Sabir oğlu Pəncəliyev 1994-cü il yanvarın 19-da Beyləqan bölgəsində mühüm bir tapşırığı yerinə yetirərkən faciəli surətdə həlak olmuşdur. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.
Pəncəliyev Rasim Sabir Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.