Nuriyev Ayaz Yusif oğlu 13 yanvar 1967-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Şişqaya kəndində anandan olmuşdur. O, 1973-cü ildə Şişqaya kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. O, 1985-ci ilin aprel ayından 1987-ci ilin iyun ayının 15-nə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ayaz Nuriyev hərbidən qayıtdıqdan sonra 1987-ci ildə Azərbaycan Texnologiya İnstitutuna daxil olmuş, həmin institutu 1992-ci ildə bitirdikdən sonra azad təyinatla 10 avqust 1992-ci ildən etibarən Gəncə şəhəri Gil-Torpaq İstehsalat Birliyinin 2 nömrəli Gil-torpaq və buxarlandırma sexində 4-cü dərəcəli çilingər vəzifəsində işləməyə başlamışdır. O, ailə qurmuş, iki qız övladı dünyaya gəlmişdir. Bundan sonra o, 18 avqust 1993-cü ildə Tərtər rayonu ərazisində yerləşən 703 saylı hərbi hissəsinin qərargahında 8-ci şöbənin rabitə üzrə baş mütəxəssisi vəzifəsində işləməyə başlamışdır. Ayaz Nuriyev 10 yanvar 1994-cü ildə Tərtər rayonunun döyüş bölgəsinə göndərilmiş, həmin döyüşdə yaralanaraq uzun müddət Tərtər rayonunun hərbi hospitalında müalicə olunduqdan sonra yenidən öz hərbi hissəsinə göndərilmişdir. O, 21 mart 1994-cü ildə 703 saylı hərbi hissənin məxfi hissə rəisi təyin olunmuş, sonra isə 1 iyun 1994-cü ildən etibarən Tərtər-2 batalyonunda bölük giziri vəzifəsinə göndərilmişdir. Uzun müddət orada xidmət etdikdən sonra isə 1994-cü ilin dekabr ayında Tərtər rayonunun Çaylı kəndində 4-cü bölüyə gizir vəzifəsinə göndərilmişdir. Nuriyev Ayaz Yusif oğlu Tərtər rayonunun Çaylı kəndində xidməti vəzifəsini yerinə yetirərkən 13 yanvar 1995-ci ildə qəhrəmancasına həlak olmuşdur.
Nuriyev Ayaz Yusif Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.