Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Nəbiyev Müşfiq Rəcəb Oğlu
  • Doğum Tarixi: 15.10.1972
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Müşfiq Nəbiyev 1972-ci il oktyabrın 15-də Gəncə şəhərində anadan olmuşdur. 6 saylı orta məktəbi bitirmişdir. Ticarətlə məşğul olurdu. Ailənin yeganə övladı idi. Əla tar çalırdı. 1991-ci ildə AKTA-nın İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Lakin institutu bitirə bilməmişdi.

Müşfiq Nəbiyev 1993-cü ilin aprel ayında könüllü olaraq cəbhəyə yollanmışdı. Döyüş yolunun  qısa olmasına baxmayaraq bir neçə hərbi nailiyyətlər qazanmışdır. Sorağı bir ara Ağdamın Muğanlı, Şelli,  Mərzili kəndlərindən gəlirdi. Laçının Güləbirt kəndində vuruşmuşdu. Qızğın döyüşlərin birində  ağır yaralanmış, bir neçə gün evdə qalan Müşfiq dözə bilməyib yenidən döyüş dostlarının yanına qayıtmışdı. Ağdam ətrafında igidlik göstərmişdi. Müşfiq Rəcəb oğlu Nəbiyev 1993-cü il noyabrın 12-də Beyləqan bölgəsində gedən qanlı döyüşlərin birində şəhidlik zirvəsinə ucalmışdır.
 
Nəbiyev Müşfiq Rəcəb Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş