Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Nəbiyev Arzu Babaş Oğlu
  • Doğum Tarixi: 10.04.1972
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Arzu Nəbiyev 1972-ci il aprelin 10-da Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini 19 saylı orta məktəbdə almışdır. Orta məktəbi əla qiymətlərlə bitirən Arzu 1990-cı ildə Moskva inşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. Arzu çox yaxşı şaxmat oynayırdı. Dəfələrlə respublika səviyyəli yarışların qalibi olmuşdur. Arzu Nəbiyev birinci kursda institutun qiyabi şöbəsinə keçmişdir. 1991-ci ildə Ukraynanın Çerniqovski vilayətində həqiqi hərbi xidmətdə olmuşdur.

Arzu Nəbiyev 1992-ci ilin yanvarında doğma respublikaya qayıdaraq hərbi polis alayına qoşulmuşdur. Tank üzrə sürücü-mexanik kimi Xanlar rayonunun Sarısu kəndində ilk döyüşlərdə olmuşdur. Çaykənd, Ağcakənd, Gülüstan, Ağdərə rayonunda böyük cəsarətlə   vuruşmuşdu. Bacarıqlı döyüşçü idi. Ona   tapşırılan hərbi əməliyyatlar uğurla yerinə  yetirilirdi.

Arzu Babaş oğlu Nəbiyev 1992-ci il iyunun 29-da Ağdərə uğrunda gedən qanlı döyüşlərdə vəhşicəsinə öldürülmüşdü. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.
Nəbiyev Arzu Babaş Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş