Ələsgər Namazov 1954-cü il aprelin 9-da Gəncə şəhərində anadan olmuşdur. 40 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra texniki-peşə məktəbində təhsil almışdı. Ələsgər Namazov 1972-1974-cü illərdə Qazaxıstanın Şevçenko şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Amur vilayətində inşaatçı işləmişdir. Sonra vətənə qayıtmışdı. Gəncə Tikinti İdarəsində suvaqçı-rəngsaz işləmişdir. 1984-cü ildə ailə həyatı qurmuşdur.
Ələsgər Namazov 1992-ci il dekabrın 5-də könüllü olaraq cəbhəyə getmişdi. 025 saylı hərbi hissədə tağım komandirinin müavini vəzifəsində xidmət etmişdi. Ələsgər Namazovun xidmət etdiyi batalyonun komandiri leytenant Məhərrəm Əhmədov Ələsgəri belə xatırlayır: Əla döyüşçü kimi tanınırdı. Ələsgər Namazov batalyonun yaşlı hərbçisi olmasına baxmayaraq, cəsurluğu və igidliyi ilə seçilirdi. Bütün döyüşçülər həmişə zarafatla Ələsgəri «ağsaqqal» deyə çağırırdılar. O, yanvarın 19-da Fərrux dağında keçirilmiş döyüşdə iştirak etmişdi. Döyüş 12 saat davam etmişdi. Həmin döyüşdə Ələsgər 30-a yaxın erməni quldurunu məhv etmişdi. O, 3 dəfə kəşfiyyata gedərək düşmən mövqelərini müəyyən edə bilmişdi.
Ələsgər Namazov döyüşün ertəsi günü, 1993-cü il yanvarın 20-də növbəti tapşırığı yerinə yetirərkən Fərrux dağı yaxınlığında düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 2 qızı və 1 oğlu var.
Namazov Ələsgər Əlyar Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.