Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Nağıyev Rauf Allahverdi Oğlu
  • Doğum Tarixi: 03.01.1960
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Rauf Nağıyev 1960-cı il yanvarın 3-də Gəncə şəhərində anadan olmuşdur. Ziyalı ailəsində böyüyən Rauf uşaqlıqdan karate ilə müntəzəm məşğul olardı. Dəfələrlə respublika səviyyəli yarışların qalibi olmuşdur. Orta təhsilini Gəncədəki 5 saylı orta məktəbdə almışdır. Orta məktəbi əla qiymətlərlə bitirən Rauf kimya fənnini yaxşı bildiyindən dəfələrlə olimpiadalarda iştirak etmişdi.

Rauf Nağıyev Qarabağ savaşı başlananda könüllü olaraq cəbhəyə yollanıb 190 saylı hərbi hissədə bölük komandiri olmuşdur. O, dəfələrlə hərbi əməliyyatların hazırlanmasında fəal iştirak etmişdi. Göstərdiyi hərbi xidmət hərbi hissə komandiri tərəfindən yüksək qiymətləndirimişdi. Dəfələrlə pul mükafatına layiq görülən baş leytenant Nağıyev 1993-cü il dekabrın 15-də «Fəxri fərmanla» təltif olunmuşdur.

Rauf Allahverdi oğlu Nağıyev 1994-cü il aprelin 14-də Ağdərə rayonunda əsgəri borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmışdır. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.
Nağıyev Rauf Allahverdi Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş