Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Nağıyev Rizvan Əli Oğlu
  • Doğum Tarixi: 01.01.1958
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Nağıyev Rizvan Əli oğlu 1 yanvar 1958-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Hələ 5 yaşında ikən rəqsə böyük maraq göstərdiyini görən valideynləri Rizvanı Uşaq Yaradıcılıq Mərkəzindəki rəqs bölməsinə gətirmişlər. O, 1 saylı internat məktəbində səkkizillik təhsilini başa vurduqdan sonra Bakı Dəmirçilik məktəbində təhsil almışdır. O, 1976-1978-ci illərdə RF-nın Perm şəhərində hərbi xidmətini başa vurduqdan sonra doğma şəhərinə qayıtmışdır. O, hərbi xidmətdən qayıtdıqdan sonra taleyini uşaqlıqdan sevdiyi rəqs fəaliyyətinə həsr etmişdir. Gəncə Dövlət «Göy-göl» mahnı və rəqs ansamblında Rizvan Nağıyev milli xalq rəqslərimizin mahir ifaçısı kimi tanınmışdır. Səmimiliyi, vətənpərvərliyi, yurdsevərliyi ilə bütün kollektivin dərin hörmətini qazanmışdır. Naxələf qonşularımızın torpaq iddiası ilə başlayıb sonradan müharibəyə çevirdikləri hadisələr zamanı o da bir çox qeyrətli vətən övladları kimi sakit dayana bilməmiş, sevdiyi rəqqas paltarlarını ondan daha da artıq sevib pərəstiş etdiyi əsgər paltarına dəyişmişdir. O, könüllü olaraq Gəncə batalyonuna yazılmış, çətin və son dərəcə şərəfli olan döyüş yoluna atılmışdır. Rizvan Nağıyevin tağım komandiri olduğu bölük Tərtər rayonunda vuruşmuşdur. Rizvanın bölüyü Mardakert rayonunda cəmləşmiş erməni quldurlarının Tərtər rayonu və ona qonşu olan kəndlərə hücumlarının qarşısını mərdliklə almış, düşmənə həlledici zərbələr endirmişdir. Göstərdiyi hərbi rəşadətə görə Rizvan Nağıyev bir neçə günlük məzuniyyətə buraxılmış, o, doğma şəhərinə, ailəsinə, iş yerinə baş çəkib cəbhəyə qayıdanda əsgər dostlarını ruhlandırmaq üçün Üzeyir Hacıbəyovun «Koroğlu» operasının üverturasını və bəstəkar Cavanşir Quliyevin bəstələdiyi «Əsgər marşı»nı lentə köcürdüb özü ilə götürmüşdür. Marquşevan kəndi ətrafında baş verən hadisələrdən narahat olan Rizvan məzuniyyətini tam başa vurmamış tələsik cəbhəyə qayıtmış və yenidən mərdiklə bölüyünün başında dayanmışdır. Həmişə əsl komandir kimi öndə olan və əsgər yoldaşlarına qəhrəmanlıq nümunəsi göstərən Rizvan Nağıyev döyüşlərin birində düşmən snayperinə tuş gəlmiş, təcili xəstəxanaya çatdırılsa da üç saatlıq cərrahiyyə əməliyyatı və döyüş yoldaşlarının komandirləri üçün verdikləri qan Rizvanın həyatını xilas edə bilməmişdir. Beləliklə, üç övlad atası olan Nağıyev Rizvan Əli oğlu qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Rizvan Nağıyevin barelyefi onun işlədiyi Gəncə Dövlət Filarmoniyasının divarına vurulmuşdur.
Nağıyev Rizvan Əli Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş