Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Nağıyev Abdulla İsmayıl Oğlu
  • Doğum Tarixi: 28.09.1974
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Abdulla Nağıyev 1974-cü il sentyabrın 28-də Gəncə şəhərində anadan olmuşdur. 41 saylı orta məktəbin 8-ci sinfinədək oxuduqdan sonra, 1991-ci ildə 9 saylı  texniki-peşə məktəbinin elektrik-qaynaqçı ixtisasını bitirmişdir. Şahmatı əla bacaran Abdulla dəfələrlə Respublika səviyyəli yarışlarda iştirak etmişdi.

Abdulla Nağıyev 1992-ci il oktyabrın 18-də Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 190 saylı hərbi hissədə sıravi atıcı vəzifəsində xidmət etmişdi. Ağdərə döyüşlərində fəal iştirak etmişdi. Bacarıqlı, savadlı, təcrübəli əsgər idi. Gənc döyüşçünün haqqında dəfələrlə «Gəncənin səsi» qəzetində məqalələr yazılmışdı. Bu məqalələrdən xəbəri olan Abdulla döyüş  məharəti ilə fəxr edir, daha qızğın döyüşlərə can atardı. 1993-cü ildə ağır yaralanan Abdulla müalicə aldıqdan sonra yenə cəbhəyə yollanmışdır.

Abdulla İsmayıl oğlu Nağıyev 1994-cü il aprelin 26-da Tərtər rayonunun Talış zonasında ağır döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.
Nağıyev Abdulla İsmayıl Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş