Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Mürsəlov Faiq İsrafil Oğlu
  • Doğum Tarixi: 02.04.1958
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Faiq Mürsəlov 1958-ci il aprelin 2-də Gəncə  şəhərində anadan olmuşdur. 34 saylı orta məktəbi bitirmişdir. Təhsilini 89 saylı texniki-peşə məktəbində davam etdirmişdir. Sürücülük peşəsinə yiyələnmişdi. 1976-cı il noyabrın 1-də Sovet ordusu sıralarında xidmətə getmişdi. 1979-ci il aprelin 5-də xidmətdən qayıdandan sonra bir müddət Büllur zavodunda sürücü kimi çalışmışdır. 

Faiq Mürsəlov 1983-cü ildə ailə həyatı qurmuşdur. İlahə və Kəmalə adlı 2 övladı dünyaya gəlmişdir. Peşəkar sürücülük qabiliyyətinə malik olan Faiq bir müddət Gəncə trolleybus idarəsində sürücü işləmişdi.

Vətənin başı üstünü qara buludlar alanda, ermənilər Çaykənd istiqamətində hücuma keçəndə  Faiq Mürsəlov cəbhəyə getmiş, Gəncə batalyonunun tərkibində Ağdərədə vuruşmuşdu. Bölük komandiri olan Baş leytenant Mürsəlov yüksək döyüş qabiliyyətinə malik idi. Şücaətinə görə tezliklə mayor rütbəsi verilən Mürsəlov güclü kəşfiyyatçı idi. Dəfələrlə uğurlu əməliyyat planları hazırlamışdı. Drambonun müdafiəsində igidlik göstərmişdi. Faiq İsrail oğlu Mürsəlov 1992-ci il avqustun 28-də Drambon uğrunda gedən qızğın döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.
Mürsəlov Faiq İsrafil Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş