Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Mustafayev İsmayıl Kamal Oğlu
  • Doğum Tarixi: 16.04.1973
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
İsmayıl Mustafayev 1973-cü il aprelin 16-da anadan olmuşdur. Orta təhsilini Nigar Rəfibəyli adına 43 saylı orta məktəbdə aldıqdan sonra 77 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən sonra ixtisası üzrə Çini Qablar zavodunda əmək fəaliyyətinə başlamışdı. Hələ tələbə ikən Çaykənd döyüşlərində iştirak etmişdi.

İsmayıl Mustafayev 1991-ci il iyulun 7-də həqiqi hərbi xidmətə çağırılmışdı. 1 saylı Gəncə Özünümüdafiə batalyonunda vuruşduqdan sonra 1992-ci ildə könüllü olaraq Şuşada gedən döyüşlərə qoşulmuşdur. Bir müddət orada vuruşduqdan sonra Tərtərdəki Gəncə batalyonuna qayıtmışdı.

İsmayıl Mustafayev 1992-ci il mayın 11-də Marquşevan yaxınlığında mühasirəyə düşmüşdür. Qanlı vuruşma nəticəsində ayağından yaralanmış, ermənilərə əsir düşmüşdür. Görəndəki xilas olmaq mümkün deyil, ölümü əsirlikdən üstün tutmuş, özünü güllə ilə vurub öldürmüşdü. Mayın 28-də meyiti ailəsinə çatdırılmışdı. Ölüm xəbərini eşidən atası Kamalın ürəyi bir andaca dayanmışdı. İsmayıl Kamal oğlu Mustafayev Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Mustafayev İsmayıl Kamal Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş