Könül Musa-zadə 1963-cü il dekabrın 10-da Gəncə şəhərində anadan olmuşdur. Uşaq ikən idmanla məşğul olan Könül bacarıqlı və zirək bir gənc idi. Orta təhsilini Gəncədəki 5 saylı orta məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra 1981-1983-cü illərdə Ukraynada həqiqi hərbi xidmətdə olmuşdur. Qərib ölkədə vətənin adını hər an uca tutan Könül göstərdiyi hərbi xidmətə görə dəfələrlə hərbi hissə komandirinin qiymətli mükafatları ilə təltif olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət Gəncədəki Cihazqayırma zavodunda çilingər işləmişdir.
Könül Musa-zadə 1994-cü il mayın 7-də könüllü surətdə hərbi komissarlığa müraciət etmişdi. Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 172 saylı hərbi hissədə sıravi atıcı kimi xidmət edən Könülün vətən yolunda böyük xidmətləri olmuşdur. Ona tapşırılanları bacarıqla yerinə yetirirdi.
Könül Adil oğlu Musa-zadə 1994-cü il may ayının 10-da Murovda aparılan hərbi əməliyyatlar zamanı itkin düşmüşdür. "Naməlum ümid" jurnalının 49-cu səhifəsində şəhid haqqında məlumat qeyd olunub. Subay idi.
Musa-zadə Könül Adil Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.