Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Murğuzov Şahməddin Sabir Oğlu
  • Doğum Tarixi: XX.11.1966
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Şahməddin Murğuzov 1966-cı ilin noyabr ayında Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini 6 saylı orta məktəbdə alan Şahməddin 1984-1986-cı illərdə Qazaxıstanda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra Şahməddin M.D.Hüseynov adına «Xalça-Mahud kombinatı»nda işləmişdi. Şahməddin Murğuzov 1987-ci ildə ailə həyatı qurmuşdur. İki övladı var: Türkan və Tural. 1989-cu ildə «Əlvan Metallar Emalı Zavodu»nda işə başlamışdır.

Vətənin dar günündə Şahməddin Murğuzov 1993-cü il noyabrın 1-də Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 703 saylı hərbi hissədə vuruşmuşdu. Şahməddinin döyüş dostları deyirlər ki, «cəsur, qorxmaz bir əsgər idi. Heç nədən çəkinən deyildi». Hərbi xidməti çox layiqli idi. Dəfələrlə hərbi hissə komandiri tərəfindən qiymətli mükafatlarla təltif olunmuşdur. ağdam uğrunda gedən döyüşlərdə göstərdiyi hərbi xidmətə görə 1993-cü il noyabrın 28-də bir həftəlik məzuniyyətə layiq görülmüşdü.

Şahməddin Sabir oğlu Murğuzov 1994-cü il yanvarın 4-də Ağdərə uğrunda gedən qızğın döyüşlərin birində şəhidlik zirvəsinə ucalmışdır.
Murğuzov Şahməddin Sabir Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş