Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Abdullayev Rauf Qara Oğlu
  • Doğum Tarixi: 14.07.1962
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Rauf Abdullayev 1962-ci il iyulun 14-də Gəncə şəhərində anadan olmuşdur. 1977-ci ildə 44 nömrəli məktəbin 8-ci sinfini qurtarmış, təhsilini 27 saylı texniki-peşə məktəbində davam etdirmişdir. 1980-1982-ci illərdə Çita vilayətində həqiqi hərbi xidmətdə olmuşdur.

Rauf Abdullayev hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə Alüminium zavodunda əmək fəaliyyətinə başlamışdır. 1986-cı ildə ailə həyatı qurmuşdur. 2 oğul və 1 qız atası idi. Zavodda işlədiyi müddət ərzində 5 may 1993-cü il tarixdə torpaqlarımızın müdafiəsi uğrunda könüllü olaraq cəbhəyə yollanmış, 709 saylı hərbi hissənin tərkibində xidmət etmişdir. Rauf Abdullayev bir neçə kəndin müdafiəsində igidlik göstərmişdir. Vətən uğrunda böyük xidmətləri olmuşdur. Tərtər-Ağdam istiqamətində qanlı döyüşlərdə iştirak etmişdir. 703 saylı hərbi hissədə atıcı vəzifəsində böyük qəhrəmanlıq göstərmişdir.

Rauf Abdullayev 1993-cü il iyulun 10-da Ağdam uğrunda gedən qızğın döyüşlərin birində şəhidlik zirvəsinə ucalmışdır. Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 
Abdullayev Rauf Qara Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş