Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Mirzəyev Elşən Həsən Oğlu
  • Doğum Tarixi: 20.03.1975
  • Şəhər: Gəncə
  • Rütbə: Leytenant
  • Dövr: I Qarabağ Müharibəsi
Elşən Mirzəyev 1975-ci il martın 20-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini 28 saylı orta məktəbdə almışdır. Gənc yaşlarından idmanın  boks və ağır atletika növü ilə də  məşğul olmuşdur. Elşən ağır atletika üzrə ilk uğurunu 1985-ci ildə 3-cü sinifdə oxuyarkən Belarusiyada öz yaşıdları  arasında keçirilən yarışda qazanmışdır. SSRİ çempionu adı  uğrunda aparılan mübarizədə Elşən Mirzəyev turnirin gümüş mükafatına layiq görülmüşdü. Bundan sonra müxtəlif yarışlarda iştirak etmişdi, qiymətli mükafatlarla və fəxri fərmanlarla təltif olunmuşdur.

Orta məktəbi bitirdikdən sonra 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuşdur. 1997-ci ildə əla qiymətlərlə “Taktiki motoatıcı qoşunları komandiri» ixtisası üzrə həmin məktəbi bitirmişdir. Yüksək savadı və bacarığı ilə kursant yoldaşları arasında böyük hörmət qazanan Elşənin ən böyük arzusu vətənə layiqli hərbçi olmaq idi. Leytenant Elşən Mirzəyev 1998-ci il iyunun 21-də 476 saylı hərbi hissədə bölük komandiri kimi hərbi xidmətə başlamışdı. Yüksək döyüş qabiliyyətinə malik idi. Bacarıqlı kəşfiyyatçı kimi Füzuli rayonunun Kərimbəyli kəndindəki 706 saylı hərbi hissədə kəşfiyyat bölümünün komandiri kimi çalışmışdır.

Leytenant Mirzəyevə sonuncu döyüş tapşırığı 1998-ci il avqustun 26-da verilmişdir. Ağır döyüşdə mühasirəyə düşdüklərini görən Elşən 6 nəfər döyüşçü dostuna geri qayıtmağı əmr edir. 2 saata yaxın gedən qanlı döyüşdən sonra əsir düşməmək üçün Elşən və digər iki döyüş dostu bir-birlərinə sarılaraq əl qumbarası ilə qəhrəmancasına özlərini partladıb ölürlər.

Düşmən əlinə keçən meyitlər 1998-ci il oktyabrın 21-də Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəsi ilə 1 erməni əsiri ilə 3 şəhid «əsirimiz» dəyişdirildi (kapitan İbrahimov Teymur Paşa oğlu, leytenant Mirzəyev Elşən Həsən oğlu, çavuş Rzayev Ramin Əvəz oğlu). 58 gün əsirlikdə qalan Elşən Həsən oğlu Mirzəyevin cənazəsi 1998-ci il oktyabrın 23-də Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Dəfndə Gəncə şəhərinin hökümət nümayəndələri və şəhər ictimaiyyəti iştirak etmişdir. Cənazənin üzərinə bükülmüş Azərbaycan bayrağı Gəncə şəhər İcra Hakimiyyəti  tərəfindən mərhumun ailəsinə bağışlanmışdır. Elşən Həsən oğlu Mirzəyev ruhuna hörmət əlaməti olaraq Gəncə şəhəri 28 saylı orta məktəbdə xatirə guşəsi düzəldilib.
Mirzəyev Elşən Həsən Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş