İlqar Mikayılov 1972-ci il iyunun 1 də Gəncə şəhərində anadan olmuşdur. İlqar Mikayılov 37 saylı orta məktəbdə 8-ci sinfə qədər oxuduqdan sonra 1989-cu ildə 9 saylı texniki-peşə məktəbində qaynaqçı sənətinə yiyələnmişdi. İlqar Mikayılov 1990-1992-ci illərdə Voroşilovqrad vilayətində həqiqi hərbi xidmətdə olmuşdur.
1992-ci ildə Gəncəyə qayıdan İlqar erməni nankorlarının zülmünə dözə bilməyib, könüllü olaraq cəbhəyə yollanmışdı. Qarabağda 123 saylı hərbi hissənin tərkibində Tərtər, Ağdərə bölgəsində vuruşmuşdu. Bir neçə kəndin müdafiəsində fəal iştirak etmişdi. İlqarın qəhrəmanlığı haqqında «Gəncənin səsi» qəzetində belə bir yazı var idi: «Mühüm tapşırığı yerinə yetirən gənc döyüşçü İlqar Mikayılov komandirin təşkkürünə layiq görülmüşdü».
İlqar Bəhlul oğlu Mikayılov 1992-ci il yanvarın 12-də Araqadzor uğrunda gedən qanlı döyüşdə şəhidlik zirvəsinə ucalmışdır. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.
Mikayılov İlqar Bəhlul Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.