Məsimov Ziyad İslam oğlu 16 may 1959-cu ildə Goranboy rayonunun Ağamalıoğlu kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra 1978-ci ildə sovet ordusu sıralarına çağırılmış, 1980-ci ildə hərbi xidməti başa vurub öz doğma kəndinə qayıtmışdır. Ziyad Məsimov 1982-ci ilin noyabr ayında Azərbaycan Dəmir yolu Tikinti Tresində avtomaşın sürücüsü vəzifəsinə daxil olmuş, 1991-ci ilədək orada işləmişdir. Üç övlad atası olan Ziyad Məsimov 1991-ci ildən Gəncə özünümüdafiə batalyonunun əsgəri olmuş, Tərtər rayonu ərazisində torpaqlarımızın yağı düşmənlərdən təmizlənməsində yaxından iştirak etmiş, Seysulan, Yarımcan, Marquşavan, Zeinanavan, Marağa əməliyyatlarında öz şücaəti ilə seçilmişdir. Öz döyüş təcrübəsi ilə yoldaşları arasında böyük hörmət qazanmışdır. 1992-ci il may ayının 11-də Ağdərə rayonunda gedən döyüşdə şəhid olmuş, böyüyüb boya-başa çatdığı Ağamalıoğlu kənd qəbiristanlığında dəfn olunmuşdur. 26 dekabr 1992-ci ildən etibarən Goranboy rayon Ağamalıoğlu kənd orta məktəbi unudulmaz qəhrəman Ziyad Məsimovun adını daşıyır.
Ailəli idi 2 qizi 1 oğlu var idi. Ziyad Məsimov şəhid olanda oğlu Nahib Məsimov 17 günlük körpə olub.
Məsimov Ziyad İslam Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.