Etibar Məmmədov 1965-ci il iyunun 28-də Gəncə şəhərində anadan olmuşdur. Fəhlə ailəsində böyüyən Etibar uşaq ikən ermənilərə böyük nifrət bəsləyirdi. 1982-ci ildə 44 saylı orta məktəbi əla qiymətlərlə bitirən Etibar fizika fənnini yaxşı bildiyindən dəfələrlə olimpiadalarda yüksək kürsülərə layiq görülmüşdü. 1983-1985-ci illərdə Moskvada həqiqi hərbi xidmətdə olmuşdur.
Etibar Məmmədov 1992-ci il martın 20-də Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 864 saylı hərbi hissədə tağım komandiri idi. Baş leytenant Məmmədov hərbi hissənin rəğbətini qazanmışdı. Tağımında olan əsgərlər baş leytenantdan fəxrlə danışardılar. Döyüşdə hər an əsgərldərdən öndə olan Etibar Məmmədov ermənilərə qarşı bir neçə hərbi əməliyyatlarda tağımı ilə birgə fəal iştirak etmişdi.
Etibar Ələddin oğlu Məmmədov 1992-ci il avqustun 15-də Ağdam rayonunun Yenikənd kəndi uğrunda gedən qızğın döyüşlərin birində itkin düşmüşdü. Etibarın anası, şairə Minayə Piriqızı şəhidin ölümünə inanmayaraq qəhrəmanların ölmədiyini söyləyir. Yazdığı şeirlərində bunu belə ifadə edir:
Yaşayır qəhrəmanım, Yaşayırlar oğullar. Xan çinara dönərlər, Nə qədər ki, dünya var.
Məmmədov Etibar Ələddin Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.