Valeh Məmmədov 16 sentyabr 1961-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, gənc yaşlarından həm dərslərdə, həm də idmanda fərqlənmiş, xüsusilə boksla məşğul olaraq iradəsi və mübarizliyi ilə seçilmişdir. Orta təhsilini 30 nömrəli məktəbi bitirdikdən sonra Bakı şəhərində yerləşən Cəmşid Naxçıvanski adına Respublika İxtisaslaşdırılmış Hərbi Liseydə təhsil almış, daha sonra Büllur zavodunda əmək fəaliyyətinə başlamışdır. Sonrakı illərdə Ufa şəhərində yerləşən Ali Milis məktəbini fərqlənmə diplomu ilə bitirmiş, həmçinin yüngül atletika üzrə Tatarıstan çempionu adını qazanmışdır. 1988-ci ildən etibarən 21357 nömrəli hərbi hissənin Mənzil İstismar Hissəsində elektromexanik vəzifəsində çalışmışdır. Həmin ildən 36978 nömrəli hərbi hissədə avandanlıqların təmiri üzrə çilingər, eyni zamanda 2 saylı Gəncə Şərab zavodunda elektromontajçı vəzifələrində də fəaliyyət göstərmişdir. 1992-ci ilin may ayında Azərbaycan Milli Ordusunun sıralarına qoşulan leytenant Valeh Məmmədov tağım komandiri kimi Ağdərə bölgəsində gedən döyüşlərdə böyük igidlik göstərmişdir. O, dəfələrlə mühasirəyə düşən döyüş yoldaşlarını xilas etmiş, Çıldıran, Dovşanlı və Sırxavənd kəndlərinin müdafiəsində şücaəti ilə seçilmişdir. 16 yanvar 1993-cü ildə Ağdərənin Sırxavənd kəndi uğrunda gedən qızğın döyüşlərdə leytenant Məmmədov son ana qədər ön cəbhədə olmuş, 5 əsgər yoldaşının həyatını xilas etmiş və bu zaman qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Valeh Məmmədovun həyat dolu və şücaəti Azərbaycanın igid oğullarının Vətənə sədaqət nümunəsidir. Onun adı daim xalqımızın yaddaşında yaşayacaqdır. Evli idi. Bir qız və bir oğul övladı yadigar qalmışdır.
Məmmədov Valeh Yaşar Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.