Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Məmmədov Asəf Ağasi Oğlu
  • Doğum Tarixi: XX.XX.1955
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Asəf Məmmədov 1955-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ziyalı ailəsində böyüyən Asəf çox savadlı gənc idi. 39  saylı orta məktəbin məzunu idi. Orta məktəbi bitirdikdən sonra 1973-1975-ci illərdə Ukraynada həqiqi hərbi xidmət keçmişdir. Əsgərlikdən qayıtdıqdan sonra bir müddət Gəncə şəhər Cihazqayırma zavodunda çilingər vəzifəsində işləmişdir. 1979-cu ildə Asəf Məmmədov ailə həyatı qurmuşdur. İlk fəaliyyətə Cihazqayırma zavodunda əmək fəaliyyətinə başlayan Asəf sonralar Büllur zavodunda sürücü kimi çalışmışdır.

1992-ci il  iyulun 25-də Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. Podpolkovnik Yusif Teymurovun komandanlıq etdiyi dəstədə vuruşmuşdu. İlk döyüş yoluna Cəbrayıl rayonunun  Quşçular və Qaraçalı kəndlərindən başlamışdı. 773 saylı  hərbi hissədə bölük komandiri kimi  xidmət etmişdi. Asəf Məmmədov avqustun 15-də Şiştəpə uğrunda böyük igidlik göstərmişdi. 8 saata qədər davam edən döyüşdə xeyli düşmən məhv etmişdi. Döyüşün sonuna yaxın Asəf ayağından yaralanmışdı. Son anda Asəf iki nəfər quldurla üz-üzə gəlmişdi. Onların birini öldürmüşdü. Digəri ilə olan döyüş Asəfin son döyüşü oldu.

Bütün bu sözlər Asəf Məmmədovun komandiri Adil İsrafilovun dilindəndir. Mərhumun Azər və Amil adlı 2 övladı atalarının adını yaşadır.
Məmmədov Asəf Ağasi Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş