Şövqü Məmmədov 1961-ci il mayın 5-də Gəncə şəhərində anadan olmuşdur. 34 nömrəli orta məktəbi bitirmişdir. Texniki-peşə məktəbində oxumuşdur. Əsgəri xidmətini başa vurandan sonra Bakıda hərbi təmayüllü məktəbə daxil olmuşdu. Gizir rütbəsi alan kimi, «Beynəlmiləl» borcu yerinə yetirmək üçün Əfqanıstana müharibəyə getmişdi. Təyyarədə rabitəçi idi. Hər dəfə döyüş tapşırığını yerinə yetirəndən sonra narahat-nigaran anasına və bir də gözü yolda qalan nişanlısına məktub yazırdı. Məktubda yazırdı ki, «sağ salamatam, məndən nigaran olmayın. Təzəlikdə döyüş medalı və fəxri fərmanla təltif olunmuşam».
1986-cı il fevralın 29-da qəfildən həyəcan siqnalı verildi. Təyyarəçilər, rabitəçilər bir anda öz yerlərini tutdular. mühüm tapşırığı yerinə yetirmək əmri verildi. Nəhəng təyyarə uğuldayaraq havaya qalxdı. İlk əvvəl hər şey öz qaydasında gedirdi. Qəfildən təyyarə silkələndi. Yanğın başlandı … Bütün bunları mərhum döyüşçü Şövqü Məmmədovun əsgər yoldaşı, baş leytenant Sadiq Hüseynov söyləyirdi. O, Şövqü haqqında, onun qorxmazlığı haqqında fəxrlə danışırdı. Təəssüf ki, igid həmyerlimiz bu döyüşdə həlak oldu. Şövqü Məmməd oğlu Məmmədov ölümündən sonra «Qızıl Ulduz» ordeni ilə təltif olunmuşdu.
Məmmədov Şövqü Məmməd Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.