Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Məmmədov Könül Tofiq Oğlu
  • Doğum Tarixi: 01.06.1960
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Könül Məmmədov 1960-cı il iyunun 1-də Gəncə şəhərində anadan olmuşdur. Uşaq ikən idmanla məşğul olmuşdur. Orta təhsilini Gəncə şəhər 44 saylı orta məktəbdə almışdır. Milli azadlıq hərəkatında fəal iştirak etmişdi. Gəncədə özbaşınalıq edən ermənilərə həmişə layiqli cavab verirdi. Könüllü surətdə dəfələrlə hərbi hissədə olmuşdur.

Könül Məmmədov 1994-cü il martın 26-da Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 701 saylı hərbi hissədə sıravi atıcı vəzifəsində xidmət etmişdi. Döyüş yolu cəmi 3 ay olsa da, Könül Ağdamın bir neçə kəndinin erməni qəsbkarlarından müdafiəsində fədakarlıq göstərmişdi. Göstərdiyi hərbi xidmət hərbi hissə komandiri tərəfindən yüksək qiymətləndirilmişdi.

Könül Tofiq oğlu Məmmədov 1994-cü il iyunun 27-də Ağdam rayonunda gedən qanlı döyüşlərin birində şəhid olmuş, Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Məmmədov Könül Tofiq Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş