Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Abdullayev Məmməd Abbas Oğlu
  • Doğum Tarixi: 22.10.1961
  • Şəhər: Gəncə
  • Rütbə: Leytenant
  • Dövr: I Qarabağ Müharibəsi
Məmməd Abdullayev 1961-ci il oktyabrın 22-də Gəncə şəhərində anadan olmuşdur. 6 saylı orta məktəbdə təhsil almış, İnşaat texnikumunu bitirmişdir. Alüminium zavodunda briqadir işləmiş, Şəhər Sovetinin deputatı olmuş, fəal ictimaiyyətçi kimi şəhərdə böyük nüfuz qazanmışdı. Ailəli idi. Pərviz və Səbinə adlı iki övladı var.

1992-ci il martın 18-də könüllü olaraq cəbhəyə yollanmışdı. Məmməd Abdullayev 703 və 708 saylı hərbi hissələrdə igidlik göstərmişdir. Goranboyun azad edilməsində iştirak etmişdir. Mayın 12-də leytenant Məmməd Abdullayev Gəncə batalyonunun tərkibində Ağdam cəbhəsinə yola düşmüş, Sarısu, Gülüstan kəndlərinin azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir. Məmməd iyunun 22-də Goranboydan Ağdərəyə yollanmışdır. 1992-ci il iyunun 29-da Levonarx kəndində mühasirəyə düşən 27 nəfər döyüş dostunu xilas edərək son anda özü düşmən mərmisinin qəlpəsindən həlak olmuşdur.

Ömrünü vətənə bağlayan gənc zabit, leytenant Abdullayevin xatirə dəftəri yoldaşları tərəfindən ailəsinə çatdırılmışdır. Abdullayev Məmməd Abbas oğlu 1992-ci il iyunun 29-da şəhid olmuşdur. Beləliklə, igid döyüşçü Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Abdullayev Məmməd Abbas Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş