Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Məmmədov Müzadil Hüseynalı Oğlu
  • Doğum Tarixi: 09.11.1950
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Müzadil Məmmədov 1950-ci il noyabrın 9-da  Gəncə şəhəri Şahsevən küçəsindəki 130 saylı evdə anadan olmuşdur. Orta təhsilini 7 saylı orta məktəbdə almışdır. Orta məktəbi əla qiymətlərlə bitirən Müzadil dəfələrlə tarix fənnindən respublika olimpiadasının qalibi olmuşdur. Orta məktəbi bitirəndən sonra 1968-1970-ci illərdə Türkmənistanda həqiqi hərbi xidmətdə olmuşdur. Qumbaraatan bölüyündə xidmət edən Müzadil vətənin adını hər an uca tutub, ona verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və layiqincə yerinə yetirdiyindən zabit-gizir heyətinin hörmətini qazanmışdı.

Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət Rusiyanın müxtəlif şəhərlərində sürücü işləmişdir. 1989-cu ildə Gəncəyə qayıtmış, 1990-cı  ildə ailə həyatı qurmuşdur.

Vətənin başı üstünü qara buludlar alanda Müzadil Məmmədov 1992-ci ilin avqust ayının 17-də Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. Drambon döyüşündə böyük qəhrəmanlıq göstərmişdi. Müzadil Hüseynalı oğlu Məmmədov hərbi xidmətə gedəndən cəmi 1 ay sonra, 1992-ci il sentyabr ayının 7-də Tərtər rayonunun Goran kəndində həlak olmuşdur. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır. Ölümündən sonra 1 qız övladı dünyaya gəlmişdir.
Məmmədov Müzadil Hüseynalı Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş