Elşad Məmmədov 1973-cü il dekabrın 27-də Gəncə şəhərində anadan olmuşdur. Kasıb bir ailədə böyüyən Elşad ailənin tək övladı idi. Əvvəlcə orta təhsilini 40 saylı orta məktəbdə almış, təhsilini 9 №-li sənət məktəbində davam etdirmişdir. Orta məktəbi əla qiymətlərlə bitirmişdir. Uşaqlıqdan cəbhəyə can atırdı. Boksla məşğul olurdu. Ermənilərin qəddarlığına əsla dözə bilmirdi.
Elşad Məmmədov 1992-ci il iyulun 5-də Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Bir müddət Bakıda 6500 №-li hərbi hissədə hərbi hazırlıq keçəndən sonra Ağdərəyə göndərilmişdi. Bölgənin ağır günləri idi. Drambon uğrunda ağır döyüşlər gedirdi. Elşad bir neçə kəndin müdafiəsində igidlik göstərmişdi. Ağdərə istiqamətində erməni qəsbkarlarına qarşı hazırlanan hərbi əməliyyatlarda fəal iştirak etmişdi.
Elşad Emil oğlu Məmmədov 1992-ci il avqustun 3-də Drambon uğrunda gedən döyüşlərdə əbədiyyətə qovuşmuş, Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Məmmədov Elşad Emil Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.