Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Məmmədov Maşallah Abbasəli Oğlu
  • Doğum Tarixi: 05.12.1974
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Maşallah  Məmmədov 1974-cü il dekabrın 5-də Gəncə şəhərində anadan olmuşdur. 27 saylı orta məktəbi bitirmişdir. Çox savadlı və səbirli bir gənc idi.  İdmanla müntəzəm olaraq məşğul olurdu.

Maşallah Məmmədov 1993-cü il yanvarın 20-də Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Atası Abbasəli ilə birlikdə Biləcəri çağırış məntəqəsinə gedərkən Qazıməməd yolunda  avtomobil qəzasına düşmüş, bu qəzada atası həlak olmuş, Maşallah özü isə ağır xəsarət almışdır. Bir müddət müalicə olunduqdan sonra 1993-cü il iyun ayının 13-də yenidən Azərbaycan ordusunda həqiqi xidmətə başlamışdı. Maşallahın xidmət yolu 777 saylı hərbi hissədən başlamışdır. Elə ilk günlərdən fədakarlığı, iş bilənliyi bütün əsgər yoldaşlarına örnək idi. Döyüş bölgəsinə gəldiyi vaxtdan etibarən sıravi Məmmədov cəsur hücumçu kimi tanınmışdı. Təxminən 30-a yaxın döyüşdə iştirak etmişdi, hər dəfə də Maşallahın olduğu dəstənin ağlasığmaz manevrləri, taktiki gedişləri hamını mat qoymuşdu. Döyüşdən qayıdandan sonra əsgər yoldaşları həmişə ondan fəxrlə danışardı. Vəzifəcə qumbaraatan olsa da, hücumda rabitəni də özü idarə edir, lazım olanda başqa silahlardan da istifadə edərdi.

Hamıdan tez düşmən səngərinə girməyə tələsərdi. Uğurlu xidmətlərinə görə taborun igid əsgəri komandirləri tərəfindən dəfələrlə təşəkkürnamələrə və fəxri fərmanlara layiq görülmüşdür. Cəsur döyüşçünün sonuncu döyüşü 1994-cü il yanvarın 28-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüş olmuşdur. Ağır yaralanan həmyerlimiz hospitala göndərilərkən, döyüşçü dostlarına qayıdacağını söz versə də fələk buna imkan verməmişdi. Həkimlər çox çalışır, lakin rəşadətli döyüşçünü xilas edə birmirlər. Vətən uğrunda şəhid olan Maşallah Məmmədov 1993-cü il yanvarın 29-dan 30-a keçən gecə hospitaldaca gözlərini əbədi yummuşdu. Maşallah təhsil aldığı 27 saylı orta məktəbin ilk şəhididir. 

Maşallah Abbasəli oğlu Məmmədovun ruhuna hörmət əlaməti olaraq komandiri polkovnik leytenant Əkbərovun Gəncə şəhər  İcra Hakimiyyətinin başçısına göndərdiyi xahiş məktubunda bildirilir ki, Vətənin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidin Gəncə şəhərində adının əbədiləşdirilməsi üçün küçə və ya tərbiyə-təhsil müəssisələrindən birinə onun adı verilsin. Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun davamçısı olan İlham Əliyev cənabları tərəfindən imzalanan 2005-ci il 24 iyun tarixli 859 nömrəli sərəncamı ilə  Məmmədov Maşallah Abbasəli oğlu ölümündən sonra Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmişdir. Cəsur döyüşçü Maşallah Abbasəli oğlu Məmmədov 1994-cü il fevralın 4-də Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Məmmədov Maşallah Abbasəli Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş