Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Məmmədov Taleh İsgəndər Oğlu
  • Doğum Tarixi: 28.08.1968
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Taleh Məmmədov 1968-ci il avqust 28-də Gəncə şəhərində anadan olmuşdur. 27 saylı texniki-peşə məktəbini bitirmişdir. 1987-1989-cu illərdə almaniyada həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olarkən gənc döyüşçü Məmmədov atıcı silahların təmiri ustası peşəsinə yiyələnmişdir.
Hərbi xidmətdən qayıtdıqdan sonra Taleh Gəncə şəhər Cihazqayırma zavodunda çilingər işləmişdir. Azərbaycanın başı üstünü qara buludlar alanda Taleh Məmmədov könüllü olaraq Özünümüdafiə batalyonuna yazılmışdı. İlk döyüşləri olan Ağdam rayonunun Pircamal, Abdal-Gülablı kəndləri uğrunda böyük fədəkarlıq göstərmişdi. Fəal atıcı kimi tanınırdı.

Telejurnalist Çingiz Mustafayevin döyüş bölgəsindən çıxarılmasında Talehin böyük xidməti olmuşdur. Taleh Məmmədov 1992-ci il iyunun 17-də Naxçıvanik uğrunda gedən döyüşdə beş-altı qəlpə yarası almışdır. Bakıda müalicə olunmuşdur. Sağaldıqdan sonra döyüş bölgəsinə qayıdan Taleh bir neçə kəndin müdafiəsində böyük igidlik göstərmişdir.

Taleh İsgəndər oğlu Məmmədov 1992-ci il  oktyabrın 29-da Ağdamın Şelli kəndində yaralıları döyüş bölgəsindən çıxararkən şəhidlik zirvəsinə ucalmışdır. Məzarı Gəncə şəhidlər Xiyabanındadır.
Məmmədov Taleh İsgəndər Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş