Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Məmmədov Zakir Rza Oğlu
  • Doğum Tarixi: 12.11.1958
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Zakir Məmmədov 1958-ci il noyabrın 12-də Gəncə  şəhər Bağmanlar qəsəbəsində Qızıl Hacılı küçəsi, döngə-3, ev 3-də anadan olmuşdur. 38 saylı orta məktəbi bitirmişdir. Təhsilini 15 saylı texniki-peşə  məktəbində davam etdirmişdir.

Zakir Məmmədov 1978-ci ildə Minsk şəhərində  həqiqi xidmətdə olmuşdur. Əsgəri borcunu layiqincə yerinə yetirən Zakir qərib ölkədə vətənin adını hər an  uca tutmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1982-1992-ci illərdə Gəncə Toxuculuq kombinatında mühəndis işləmişdir. İşini əla bilən Zakir dəfələrlə müəssisənin rəhbərliyi tərəfindən yüksək mükafatlara layiq görülmüşdü. Kollektiv arasında böyük hörməti vardı.

Zakir Məmmədov 1992-ci il martın 18-də Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. O, Gəncə batalyonunun tərkibində «Goran» paliqonunda təlim keçdikdən sonra Hacıkəndə göndərilmişdi. Zakir 1992-ci il iyunun 12-də erməni qəsbkarlarına qarşı hazırlanan «Gülüstan» əməliyyatında Erçəç, Mənəş, Buzluq, Başkənd, Gülüstan kəndlərinin azad olunmasında igidlik göstərmişdir. Gənc döyüşçü 1983-cü ildə ailə həyatı qurmuşdur. Zakir Məmmədov 1992-ci il avqustun 1-də  Gəncəlilərdən təşkil olunmuş 123 saylı hərbi hissənin tərkibində Laçın rayonunun Büloylu, Əliqulu, Pircahan kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdi.

Zakir Məmmədov 1992-ci il iyulun 21-də Ağdərənin Levonarx kəndində 32 nəfərlə birgə mühasirəyə düşsə də fövqəladə mərdlik göstərərək xilas olmuşdular. Bir neçə dəfə ağır yaralanmışdı. Hər dəfə sağalan kimi döyüş dostlarının yanına yollanmışdı. Döyüş dostları arasında böyük hörməti vardı. Ermənilərin döyüş texnikasına böyük ziyan vururdu. Zakir Məmmədovun qəhrəmanlığı hərbi hissə komandiri tərəfindən yüksək qiymətləndirilmiş, o hərbi hissənin fəxri fərmanına layiq görülmüşdü.

Zakir Rza oğlu Məmmədov 1993-cü il sentyabrın 4-də Gülüstan kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Cənazəsi  sentyabrın 6-da Gəncəyə gətirilərək Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. 38 saylı orta məktəbdə mərhumun ruhuna hörmət əlaməti olaraq xatirə bulağı düzəldilmişdir. Zakir Məmmədovun döyüş fəaliyyəti ilə bağlı gənc jurnalist Qalib Rəhimli 1994-cü il iyunun 10-da buraxılan «Gəncənin səsi» qəzetində «Ölüm sevinməsin» adlı məqalə dərc etdirmişdi. Mərhumun 2 qız və 1 oğul övladı yadigar qalmışdır.
Məmmədov Zakir Rza Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş