Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Məmmədov Elxan Xan Oğlu
  • Doğum Tarixi: 23.02.1969
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Elxan Məmədov 1969-cu il fevralın 23-də Gəncə şəhərində anadan olmuşdur. Kasıb bir ailədə böyüyən Elxan gənc yaşlarından idmanla məşğul olmuşdur. 1982-ci ildə 24 saylı orta məktəbin 8 sinfini bitirmişdir. Sürücülük kursunu bitirəndən sonra Məişət Xidməti Kombinatında işləmişdir. 1989-1991-ci illərdə Odessada həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Məişət Xidməti Kombinatında sürücü işləmişdi.

1993-cü ildə könüllü   olaraq cəbhəyə yollanmış, 709 saylı hərbi hissənin tərkibində Ağdərə və Ağdam uğrunda gedən qızğın döyüşlərdə fəal iştirak etmişdi. Göstərdiyi hərbi xidmətə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmana və pul mükafatına layiq görülmüşdü. Döyüş dostları arasında böyük hörməti var idi. Komandirlər tərəfindən Elxan Məmmədova verilən əmr və tapşırıqlar   vaxtlı-vaxtında layiqincə yerinə yetirilirdi.

Elxan Xan oğlu Məmmədov 1993-cü il iyul ayının 7-də Sayıblı kəndinin yaxınlığında qanlı döyüşlərin birində 7 nəfər gənclə birlikdə  vəhşicəsinə öldürülmüşdü. Təəssüf ki, meyitinin çıxarılması mümkün olmamışdı. Elxanın valideynləri yaşadıqları küçənin başında Elxanın öz əli ilə əkdiyi ağacın altında övladlarından yadigar olaraq  ehsan bulağı düzəltdirmişlər.
Məmmədov Elxan Xan Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş