İlham Məmmədov 1969-cu il avqustun 12-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdu. İlham bacarıqlı gənc idi. İdmanla məşğul olurdu. İlham 39 saylı məktəbi bitirmişdi. Orta məktəbi bitirdikdən sonra İlham Məmmədov 1986-cı ildə Texnologiya İnstitutuna daxil olmuşdu.
İnstitutda əla qiymətlərlə oxuyurdu. VII tələbə elmi konfransındakı çıxışına görə II dərəcəli diploma layiq görülmüşdür. Kursu bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmışdı. Leninqrad vilayətində həqiqi hərbi xidmətdə olarkən radiasiya və kimyəvi kəşfiyyat tağımında baş kimyaçı vəzifəsində xidmət etmişdi. 1989-cu ildə hərbi xidmətdən qayıtmışdı. 1992-ci ildə institutu bitirdikdən sonra bir müddət Alüminium zavodunda işləmişdir. Vətənin başı üstünü qara buludlar alanda İlham Məmmədov 1993-cü il yanvarın 6-da könüllü olaraq Milli Ordu sıralarına yazılmışdı. 151 saylı hərbi hissənin tərkibində Ağdərə döyüşlərində fəal iştirak etmişdi. Gənc döyüşçü Məmmədovun döyüş yolu həddindən artıq qısa olmuşdu. Çox qısa müddət ərzində xidmət etməsinə baxmayaraq İlham Məmmədov zabit-gizir heyətinin hörmətini qazanmışdı. Döyüş yoldaşlarının hər an köməyinə çatan Məmmədov dəfələrlə göstərdiyi xidmətə görə hərbi hissə komandirinin «təşəkkür» məktubuna layiq görülmüşdü.
İlham Məcid oğlu Məmmədov 1993-cü il martın 6-da Metişen kəndinin müdafiəsi uğrunda gedən döyüşdə şəhid olmuşdu. 39 saylı məktəbdə, Texnologiya Universitetində və Alüminium zavodundakı şəhidlərin Xatirə guşəsində İlham Məmmədov üçün xüsusi yer ayrılmışdı. Yaşadığı binanın qarşısında «Yadigar bulağı» tikilmişdi. Bulağın yanındakı kiçik torpaq sahəsində 24 qızıl gül kolu (bu İlhamın 24 yaşında vəfat etməsinə işarə idi) əkilmişdi.
Məmmədov İlham Məcid Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.