Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Məmmədov Miri İsmayıl Oğlu
  • Doğum Tarixi: 27.09.1975
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Miri Məmmədov 1975-ci il sentyabrın 27-də Gəncə şəhərində anadan olmuşdur. 27 saylı texniki-peşə məktəbini bitirmişdir. Çox savadlı və qabiliyyətli idi. İdmanla məşğul olurdu. Dəfələrlə respublika idman turnirlərində layiqli kürsülərə qalxmağı bacarmışdı.

1994-cü ildə Miri Məmmədov Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən əsgərliyə çağırılmışdı. Pirşükür qəsəbəsində təlim keçəndən sonra Daşaltı əməliyyatına yollanmışdı. 777 saylı hərbi hissənin ikinci batalyonunun tərkibində Füzuli bölgəsində ermənilərə qarşı vuruşmuşdu. Komandirləri tərəfindən ona verilən əmr və tapşırıqları vaxtlı-vaxtında  layiqincə yerinə yetirirdi. Göstərdiyi hərbi xidmətə görə dəfələrlə hərbi hissənin fəxri fərmanına və pul mükafatlarına layiq görülmüşdü. Miri İsmayıl oğlu Məmmədov 1994-cü il aprel ayının 26-da Ağdamın Nəmirli kəndində itkin düşmüşdü. 
Məmmədov Miri İsmayıl Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş