Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Məmmədov İlham Arif Oğlu
  • Doğum Tarixi: 16.04.1968
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
İlham Məmmədov 1968-ci il aprelin 16-da Gəncə  şəhərində anadan olmuşdur. 43 saylı orta məktəbin məzunu idi. İdmanla müntəzəm məşğul olurdu. Dəfələrlə müxtəlif yarışlarda fərqlənmişdi, hətta respublika çempionu adını qazanmışdı. Şəhər Yanğından Mühafizə İdarəsində qaynaqçı işləyirdi.

1992-ci il fevralın 26-da törədilən Xocalı faciəsindən sonra könüllü surətdə döyüş bölgələrinə yollanmış, Naxçıvanik, Şelli, Abdalgülablı kəndlərində vuruşmuşdu. Həmişə, hər yerdə döyüş   tapşırıqlarını hünərlə yerinə yetirirdi. Erməni işğalçılarına qarşı hazırlanan hərbi əməliyyatlarda dəfələrlə iştirak etmişdi. Göstərdiyi xidmətə görə hərbi hissə komandiri tərəfindən 2 dəfə 5 günlük məzuniyyət vərəqəsi ilə  təltif olunmuşdu.

İlham Arif oğlu Məmmədov 1992-ci il iyunun 25-də  Pirdağı uğrunda gedən qızğın vuruşmada ürəyindən yaralanmışdı. İlham 10 ay xəstəxanada yatmış, gənc döyüşçünün üzərində səkkiz dəfə cərrahiyyə əməliyyatı aparılmışdı. Çox təəssüflər olsun ki, 24 yaşlı cəsur döyüşçünün həyatını xilas etmək mümkün olmamışdı. İlham Arif oğlu Məmmədovun cənazəsi iyunun 26-da Gəncə şəhərinə gətirilmiş, Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Məmmədov İlham Arif Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş