Abbasqulu Məmmədov 1965-ci il fevralın 21-də Gəncə şəhərində anadan olmuşdur. 5 №-li məktəbi bitirmişdir. Gəncə Mexaniki-quraşdırma İdarəsində elektrik qaynaqçısı işləmişdir. Subay idi. 1983-1985-ci illərdə Amur vilayətində hərbi xidmətdə olmuşdu.
O vaxtlar Nüvədidə vəziyyət çox ağır idi. Hər gün kəndə hücumlar olurdu. Kəndi belə hücumlardan qorumaq üçün kömək lazım idi. Nüvədiyə Ruzigarla Abbasqulu 1989-cu il dekabrın 19-da 12 nəfərlə getmişdilər. Onlar burada böyük igidlik göstərmiş, kəndin ərazisini erməni işğalçılarından qorumuşdular.
1990-cı ildə Gəncədə vəziyyət pisləşdiyindən yanvarın 11-də doğma torpağa qayıtmışdılar. Lakin Çaykənd ətrafında qalmaqal Abbasqulu ilə Ruzigarı yanvarın 11-i axşam saat 10 radələrində ora getməyə vadar edir. Yanvarın 12-si səhər saat 5 radələrində döyüşlər başlayır. Döyüşdən 3 saat sonra Abbasqulu Əzim oğlu Məmmədov qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdı. Beləliklə, Respublikada gedən qanlı döyüşlər zamanı ilk şəhidlər Abbasqulu Məmmədov, Ruzigar Qasımov, Bəxtiyar Əliyev olurlar. Nüvədinin müdafiəsində üç həmyerlimizin xidməti unudulmaz olmuşdur. Fərəhləndirici faktdır ki, nüvədililər Ruzigarla Abbasqulunu özlərinə «Fəxri vətəndaş» seçmişdilər. 1990-cı il yanvarın 14-də məhz bu üç həmyerlimiz ilk olaraq Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdılar.
Məmmədov Abbasqulu Əzim Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.