Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Məmmədov İlham Elxan Oğlu
  • Doğum Tarixi: 27.06.1980
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Məmmədov İlham Elxan oğlu 1980-ci iyunun 27-də Gəncə şəhərində anadan olmuşdur. 37 saylı orta məktəbin 9-cu sinfinədək oxuyan İlham atası Elxanın yolunun davamçısı olmaq üçün 1 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdi.

İlham Məmmədov 1998-ci il oktyabrın 5-də Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı. Onun döyüş yolu Tərtər rayonundan başlamışdır. İslami dəyərlərə malik bir vətənpərvər, cəsur bir şəxsiyyət kimi formalaşan İlhamın məntiqi, aydın təfəkkür tərzi komandirlərinin diqqətini cəlb etmişdir. Onun hərbi vərdişləri tez bir zamanda, qüsursuz bir şəkildə mənimsəməsini, dözümlülük, baxış-tədbirlərindən məharətlə çıxmasını və toplantı sonunda daxili xidmət nizamnaməsinin tələb və öhdəliklərinə yüksək səviyyədə riayət edərək fərqli xidmət göstəriciləri əldə etməsini əsas tutan komandirliyin ona təşəkkür etməsi bu səbəbdən təsadüfi deyildi. O, Tərtər batalyonunda 8 ay xidmət etməsinə baxmayaraq nümunəviliyi, cəsurluğu ilə fərqlənirdi. Sıravi əsgər kimi hərbi hissənin fəxri idi.

1999-cu il iyunun 13-dən 14-nə keçən gecə İlham Məmmədov Tərtər rayonunun Qızıloba kəndində gedən qanlı döyüşdə böyük şücaət göstərmişdir. 300 nəfər erməni ilə 10 saata yaxın gedən vuruşma İlhamın sonuncu döyüşü oldu. Döyüşdə öndə gedən İlham erməni quldurlarına sarsıdıcı zərbələr endirirdi. O, döyüş vaxtı yoldaşlarına da kömək etməyi unutmurdu. Tibb məntəqəsinin tibb təlimatçısı olan İlham Məmmədov döyüş zamanı kiçik çavuş Ceyhun Xalıqovun vurulduğunu görür və döyüş meydanından əsgər yoldaşını çıxardıb ilk tibbi yardım göstərir. Lakin bu İlhamın son fədakarlığı, qəhrəmanlığı olur. Qəhrəman həmyerlimiz Ceyhunun yarasını sarıyarkən düşmən snayperi tərəfindən atılan güllədən əbədi gözlərini yumur, 18 yaşının tamam olacağı günə 12 gün qalmış igid döyüşçü İlham Elxan oğlu Məmmədov qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdu.
 
Məmmədov İlham Elxan Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş