Bayram Məmmədov 1965-ci il mart ayının 21-də Gəncə şəhərində anadan olmuşdur. O, orta təhsilini 16 saylı orta məktəbdə almışdır. İdmanın güləş növü ilə məşğul olmuşdur. Mehriban, çox diqqətli, dostpərvər insan idi.
Bayram Məmmədov 1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət Gənclik Mədəniyyət sarayında təsərrüfat müdiri işləmişdir. 1988-ci ildə ailə həyatı qurmuşdu.
1991-ci ildən etibarən könüllü olaraq cəbhəyə yollanmışdır. Todan, Çaykənd, Laçın, Cəbrayıl, Ağdərə uğrunda gedən qanlı döyüşlərdə əvəzolunmaz igidlik göstərmişdir. Gəncəli könüllülərdən ibarət 773 saylı dəstənin öndə gedənlərindən idi. Cəbrayıl rayonunun Sur kəndi, Şişqaya yüksəklikləri uğrunda gedən döyüşlərdə daha da böyük şücaət göstərmişdi. Bayram Məmmədov son nəfəsinədək erməni nankorlarına qarşı vuruşmuşdu.
Bayram Məmmədov yüksək xidmətinə görə 1992-ci ilin yay aylarında Cəbrayıla göndərilir. Qorxubilməz döyüşçümüz düşmənin yerini müəyyənləşdirərək onun atəş nöqtələrini tez bir zamanda dəf edirdi.
1992-ci il yanvarın 16-da Bayram Fəxrəddin oğlu Məmmədov Şişqaya uğrunda gedən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Döyüş yoldaşı Kamilin şahidliyinə görə Bayram təkcə son döyüşdə onlarla erməni öldürmüşdür. Şişqayanın ən uca zirvəsində – öpüb and içdiyi üçrəngli bayrağımızın önündə əbədi gözlərini yummuşdu. Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Bayram Məmmədovun ruhu uca tutularaq Gəncədəki küçələrdən birinə onun adı verilmişdir.
Məmmədov Bayram Fəxrəddin Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.