Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Məmmədov Sadəddin Zirəddin Oğlu
  • Doğum Tarixi: 20.12.1965
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Məmmədov Sadəddin Zirəddin oğlu 20 dekabr 1965-ci ildə Tovuz rayonunda anadan olmuşdur. Tovuz rayon Puşkin adına orta məktəbi bitirdikdən sonra 1983-1985-ci illərdə Almaniyada hərbi xidmətdə olmuş, Gürcüstanın Rustavi şəhərində islah əmək koloniyasında gizir işləmişdir. O, 1988-ci ildə ailə qurmuş, 2 qız övladları dünyaya gəlmişdir. Sadəddin Məmmədov 1991-ci ildə Gəncə şəhərinə qayıtmış, 703 saylı hərbi hissənin tərkibində gizir kimi hərbi fəaliyyətini davam etdirmişdir. O, Gəncə batalyonunda könüllü olaraq cəbhəyə yollanmış, Ağdərə istiqamətində vuruşmuş, tez bir zamanda döyüş bacarığı ilə şəxsi heyət arasında böyük hörmət qazanmışdır. Məmmədov Sadəddin Zirəddin oğlu 20 iyul 1992-ci ildə Ağdərinin Madarkert kəndində həlak olmuş, 21 iyul 1992-ci ildə Tovuzun Tatdar qəbiristanlığında dəfn olunmuşdur. Şəhidin ruhuna hörmət əlaməti olaraq Tovuz şəhərindəki küçələrdən biri Sadəddin Məmmədovun adını daşıyır.
Məmmədov Sadəddin Zirəddin Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş