Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Məhərrəmov İlham Cəfər Oğlu
  • Doğum Tarixi: 06.01.1968
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Məhərrəmov İlham Cəfər oğlu 6 yanvar 1968-ci ildə Xanlar (indiki Göygöl) rayonunda anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra 1986-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, Sibirdə 2 il xidmət etdikdən sonra vətənə qayıtmışdır. İşi ilə əlaqədar Gəncə şəhərində məskunlaşmışdır. İlham Məhərrəmov 10 avqust 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmış, 708 saylı hərbi hissənin tərkibində atıcı bölməsinin komandiri vəzifəsində xidmət etmişdir. Ağdam rayonunun müdafiəsində böyük igidlik göstərmiş, döyüş bacarığı ilə şəxsi heyətin hörmətini qazanmışdır. Dəfələrlə tərəfimizdən keçirilən döyüş əməliyyatlarında iştirak etmişdir. Məhərrəmov İlham Cəfər oğlu 26 sentyabr 1992-ci ildə Ağdam rayonunun müdafiəsində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş və Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Məhərrəmov İlham Cəfər Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş