Məhərrəmov Etibar Məhərrəm oğlu 16 avqust 1969-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 20 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 9 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş, suvaqçı-rəngsaz peşəsinə yiyələnmişdir. Etibar Məhərrəmov bir müddət müxtəlif yerlərdə suvaqçı rəngsaz vəzifəsində işlədikdən sonra 1987-ci ildə sovet ordusu sıralarında həqiqi hərbi xidmətə çağırılmış və 1989-cu ildə xidmətdən qayıtmışdır. O, hərbidən qayıtdıqdan sonra peşəsi üzrə bir müddət işləmiş, 1991-ci ildə ailə qurmuş və bir oğlan övladı dünyaya gəlmişdir. Vətənin ağır dərdi onu rahat buraxmamış, erməni qəsbkarlarının törətdikləri vəhşiliklərə dözə bilməyən Etibar Məhərrəmov 4 iyun 1993-cü ildə köhnə hərbiçi kimi döyüşə atılmışdır. Sərrast snayperçi kimi döyüş qabiliyyəti ilə tez bir zamanda seçilən qəhrəmanımız 709 saylı hərbi hissənin tərkibində xüsusi hörmət qazanmışdır. Məhərrəmov Etibar Məhərrəm oğlu 31 iyul 1993-cü ildə Ağdam rayonu uğrunda gedən qızğın döyüşlərlə həlak olmuşdur.
Məhərrəmov Etibar Məhərrəm Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.