Məhərrəmov Müşfiq Müzəffər oğlu Gəncə şəhərində yerləşən 16 nömrəli orta məktəbi bitirmişdir. Həqiqi hərbi xidmətini Sibirdə keçirən Müşfiq Məhərrəmov əsgərlikdən qayıtdıqdan sonra Azərbaycan ərazilərinin toxunulmazlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, Cəbrayıl rayonu ərazisində yerləşən 773 saylı hərbi hissədə xidmət göstərmişdir. «Şiştəpə» əməliyyatında göstərdiyi xidmətlərinə görə komandiri tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılmışdır. 30 iyun 1992-ci il tarixdə Müşfiq Məhərrəmov «Sur» əməliyyatında iştirak edən zaman böyük igidlik göstərmişdir. Beləki komandiri İbişovu yaralı vəziyyətdə düşmən əhatəsindən kənara çıxaran Müşfiq özü yenidən döyüş bölgəsinə qayıdaraq ermənilərə qarşı vuruşmuş və uzun müddət davam edən şiddətli atışmadan sonra yaralanmışdır. Müşfiq Məhərrəmovun meyiti 3 gün erməni əsirliyində qaldıqdan sonra geri alınmış, 02 iyul 1992-ci il tarixdə Gəncə şəhərinə gətirilərək ailə üzvlərinə təhvil verilmişdir. Elə həmin gün də Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Məhərrəmov Müşfiq Müzəffər Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.