Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Mehdiyev Rövşən Vaqif Oğlu
  • Doğum Tarixi: 06.09.1972
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Mehdiyev Rövşən Vaqif oğlu 1972-ci il sentyabrın 6-da Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncədəki 28 saylı orta məktəbdə almışdır. Tarix fənnini yaxşı bildiyindən dəfələrlə respublikada keçirilən olimpiadaların qalibi olmuşdur. Rövşən orta təhsil aldıqdan sonra 1990-1992-cı illərdə Sovet ordusu sıralarında xidmətdə olmuşdur. Rövşən həqiqi hərbi xidmətdən qayıdanda artıq Qarabağ savaşı  başlanmışdı. Rövşən evdə rahat ola bilmirdi. O, cəbhəyə getməyə can atırdı.

Rövşən Mehdiyev 1993-cü il iyunun 8-də könüllü olaraq cəbhəyə yollanmış. 703 saylı hərbi hissənin tərkibində Ağdərə-Tərtər bölgəsində vuruşmuşdu. Döyüş yolu qısa olsa da, Rövşən zabitlər və əsgər yoldaşları arasında böyük hörmət qazanmışdı. Gənc hərbçi ona tapşırılan hərbi əməliyyatları layiqincə yerinə yetirirdi.

Rövşən Mehdiyev 1994-cü il aprelin 28-də Tərtər istiqamətində gedən qanlı döyüşlərin birində ağır yaralanmışdı. Həkimlər onun həyatını xilas edə  bilmədilər. Mehdiyev 1994-cü il mayın 2-də doğma torpağında dəfn olundu. Rövşənin xatirəsinin əbədiləşdirilməsi üçün dostları onun yaşadığı binanın qarşısında «şəhid bulağı» çəkdirmişlər.
 
Mehdiyev Rövşən Vaqif Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş