Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Mahmudov Rövşən Əlastan Oğlu
  • Doğum Tarixi: XX.08.1969
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Rövşən Mahmudov 1969-cu il avqust ayında Gəncə şəhərində anadan olmuşdur. Uşaq ikən boksla məşğul olan Rövşən çox bacarıqlı, səbrli və təvazökar bir gənc idi. 38 saylı texniki-peşə məktəbini bitirmişdir. 1987-1989-cu illərdə Almaniyada həqiqi hərbi xidmətdə olan Rövşən hərbidən qayıtdıqdan sonra «Gəncə Mühafizə Şöbəsi»ndə işə qəbul olunmuşdur. Vətənin ağır günlərində Rövşən Özünümüdafiə batalyonuna yazılmışdı. O, bu batalyonun tərkibində 708 saylı hərbi hissədə vuruşmuşdu. Atası polis-kapitanı Əlastan da tez-tez döyüş bölgələrində olurdu. Dəfələrlə gənc döyüşçü atası ilə cəbhələrdə görüşmüşdü.

1994-cü il may ayında Rövşən Sırxavənd uğrunda gedən döyüşlərdə iştirak edir, atası isə yaxınlıqdakı çayın üstündə keşik çəkirdi. Rövşən Mahmudov iyunun 13-də əsgərlərə hərbi sursat apararkən sürdüyü maşın düşmən tərəfindən yandırılıb. mərhumun meyitini tapmaq mümkün olmayıb. Bu hadisədən bir xeyli sonra xəbər tutan kapitan Mahmudov oğlunun ölüm xəbərini eşidəndə elə döyüş bölgəsində ürəyi partlayıb ölmüşdü. Əlastan Qafur oğlu Mahmudov 1992-ci il iyunun 15-də Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Mahmudov Rövşən Əlastan Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş