Qurbanov Sadiq Fikrət oğlu 16 mart 1973-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 25 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra sürücülük peşəsinə yiyələnmişdir. O, 1991-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, Moskva şəhərində hərbi xidmətdə olarkən milliyətcə erməni olan komandiri onu çox incitdiyinə görə o, hərbi hissəni tərk edib Gəncə şəhərinə gəlmiş, buradakı hərbi polis dəstəsinə qoşularaq bir müddət Hacıkənddə təlim keçdikdən sonra döyüş bölgəsinə yola düşmüşdür. 773 saylı hərbi hissənin tərkibində qranatatan vəzifəsində erməni işğalçılarına qarşı vuruşmuşdur. O, nizam-intizamı, döyüş bacarığı ilə şəxsi heyətin böyük hörmətini qazanmışdır. Sadiq Qurbanov bir neçə döyüş əməliyyatlarında uğurla iştirak etmiş, həmçinin «Şiştəpə» əməliyyatı zamanı üç erməni quldurunu bir dəfəyə öldürmüşdür. Qurbanov Sadiq Fikrət oğlu 17 avqust 1992-ci ildə Hadrud uğrunda gedən döyüşlərdə ağır yaralanmış, cəbhə dostları tərəfindən Bakı şəhər hərbi hospitalına aparılsa da, həkimlərin səyinə baxmayaraq həmyerlimizin həyatını xilas etmək mümkün olmamışdır.
Qurbanov Sadiq Fikrət Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.