Qurban Qurbanov 1974-cü il martın 4-də anadan olmuşdur. O, orta təhsilini 9 saylı orta məktəbdə almışdır. Uşaqlıqdan güləşlə məşğul olan Qurban 1986-cı ildə şəhər səviyyəli yarışın qalibi olmuşdur. O, məktəbin fəxri idi. Əlaçı şagird kimi müəllim və şagird kollektivinin hörmətini qazanmışdı. 14 yaşında ikən anasını itirən Qurban atası Əvəz kişinin himayəsində böyümüşdü. Atası hərbçi olduğundan balaca Qurbanın gələcək ən böyük arzusu böyüyəndə Azərbaycana layiq bir zabit olmaq idi. O, hələ məktəbli ikən oxuduğu 9 saylı orta məktəbin 2 dəfə fəxri fərmanına layiq görülmüşdür.
Qurban Qurbanov orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. Yaxın qohumları 1992-ci il fevral ayının 26-da törədilən Xocalı faciəsinin qurbanı olmuşdurlar. Heç cür rahatlıq tapmayan Qurban elə hey cəbhə bölgəsinə can atırdı. Nəhayət, yaşı tamam olan kimi, 1992-ci il iyunun 15-də könüllü olaraq hərbi xidmətə yollanmışdı. Əvvəlcə Sumqayıtda təlim keçəndən sonra Lənkəranda yerləşən 704 saylı hərbi hissəyə göndərilmişdi. O, hərbi hissədə özünü nümunəvi əsgər kimi göstərirdi. Snayperçi vəzifəsində xidmət edən Qurbana göstərdiyi igidliyə görə çavuş rütbəsi verilmişdi.
O, ilk döyüşə 1992-ci il iyunun sonlarında başlamışdı. Rəhbərlik etdiyi dəstə ilə birlikdə əvvəlcə Laçın, Ağdərə, sonra isə Qubadlıda döyüşdü. Qurbanın son döyüşü Səfyan-Güləbird istiqamətində olmuşdu. O, 1992-ci il oktyabrın 19-da Qubadlı uğrunda gedən qanlı döyüşdə qəfil erməni gülləsinə tuş gəlmişdi. Döyüş yolu qısa olsa da, böyük hərbi uğurlar qazanan yaralı Qurbanı tibb məntəqəsinə gətirmişdilər, lakin həkimlərin səylərinə baxmayaraq, onu ölümün pəncəsindən xilas etmək mümkün olmamışdı. Qurban Əvəz oğlu Qurbanov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdu. Ölümündən sonra mərhumun ruhuna hörmət əlaməti olaraq 9 №-li məktəbdə Qurbanın ailəsi tərəfindən xatirə bulağı inşa edilmişdir.
Qurbanov Qurban Əvəz Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.